"BİRA" ictimai birliyi silsilə tədbirlərini davam etdirir.

"BİRA" ictimai birliyi silsilə tədbirlərini davam etdirir.

2018 – ci il Azərbaycan tarixində mühüm illərdən biri hesab edilir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasıyla birgə bir çox dövlət qurumlarının da 100 illik yubiley bayramlarıdır. Amma bu bayramlarla yanaşı bu gün Azərbaycan torpaqlarının 20 % - ni işğal altında saxlayaraq, torpaqlarımıza ərazi iddiası edən Ermənistanın bir dövlət olaraq var olma səbəbinin məhz, yenə, Azərbaycan torpağı olan İrəvanın onlara güzəştə gedilməsinin 100 ili 29 may tarixində tamam olacaq. 

Reaksiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018 – ci il üçün elan etdiyi I qrant müsabiqəsində “ "İrəvansız 100 il" mövzusunda tədbirlərin təşkili sosial şəbəklərdə informasiya müharibəsinin gücləndirilməsinə dəstək” layihəsi ilə qalib olan “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyi 08.05.2018-ci il tarixində silsilə tədbirləri çərçivəsində Bakı İdarəetmə və Texnologiyalar kollecində  keçirdiyi növbəti tədbirində tarix boyu Azərbaycana qarşı torpaq iddiası edib, millətimizə qarşı müxtəlif illərdə soyqırım həyata keçirərək, işğalçılıq siyasəti aparan Ermənistanın yüz illərdi bitməyən işğalçılıq siyasətindən danışılıb, gənclərimizin bu mövzuda həssas, informasiya müharibəsində aktivlik göstərmələrinə diqqət çəkilib.

Təşkilatın sədri Zaur Qəriboğlu gənclərin fəallığına ehtiyac olduğunu vurğulayaraq onları  informasiya məkanında ölkəmizin haqlı mövqeyini müdafiə etməyə, cənab prezidentin bu istiqamətdə apardığı uğurlu siyasətə ictimai dəstəyi artırmağa səsləyib.

Reaksiya.az

 

09.05.2018
  •