“Qlobal məkanda türk birliyinin rolu: Azərbaycan – Türkiyə – Özbəkistanın media əməkdaşlığı” adlı layihəyə start verilir

“Qlobal məkanda türk birliyinin rolu: Azərbaycan – Türkiyə – Özbəkistanın media əməkdaşlığı” adlı layihəyə start verilir

"Media Araşdırmaları və Monitorin Mərkəzi" ictimai birliyi Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə türk dünyasının media məkanında əməkdaşlığın gücləndirilməsi, ortaq informasiya platformalarının inkişafı və qlobal çağırışlar fonunda türk dövlətləri arasında media əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədilə “Qlobal məkanda türk birliyinin rolu: Azərbaycan – Türkiyə – Özbəkistanın media əməkdaşlığı” adlı layihəyə start verir.

Layihə Azərbaycan, Türkiyə və Özbəkistan media nümayəndələri, ekspertlər, jurnalistlər və kommunikasiya sahəsində fəaliyyət göstərən mütəxəssislər arasında təcrübə mübadiləsinin təşviq edilməsinə, ortaq media təşəbbüslərinin dəstəklənməsinə və türk dünyasının informasiya məkanında vahid yanaşmaların formalaşdırılmasına xidmət edir.

Layihə çərçivəsində üç qardaş ölkənin media sahəsində mövcud əməkdaşlıq imkanları, rəqəmsal transformasiya prosesləri, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə mexanizmləri, eləcə də ortaq mədəni və tarixi dəyərlərin beynəlxalq informasiya məkanında təbliği ilə bağlı müzakirələr aparılacaq.

Tədbirlər proqramına ekspert görüşləri, panel müzakirələri, media nümayəndələri arasında əməkdaşlıq platformalarının yaradılması, analitik materialların hazırlanması və ictimai məlumatlandırma kampaniyaları daxildir. Layihə həmçinin gənc jurnalistlərin və media tədqiqatçılarının prosesə cəlb olunmasını nəzərdə tutur.

Layihənin əsas məqsədi Azərbaycan, Türkiyə və Özbəkistan arasında media sahəsində strateji tərəfdaşlığın inkişafına töhfə vermək, türk dövlətlərinin beynəlxalq informasiya məkanında mövqelərinin gücləndirilməsinə dəstək olmaq və ortaq kommunikasiya imkanlarının genişləndirilməsidir.

Təşkilatçılar hesab edirlər ki, sürətlə dəyişən qlobal informasiya mühitində türk dövlətləri arasında koordinasiyalı media əməkdaşlığı regional və beynəlxalq səviyyədə daha effektiv informasiya siyasətinin formalaşdırılmasına mühüm töhfə verəcək.

04.05.2026
  •