Ümumi məlumat

«Media Araşdırmaları və Monitorinq Mərkəzi» ictimai birliyi (MAMM) haqqında qısa

 

                                                                 M Ə L U M A T

 

Bu gün dünyada, əsasən də müharibə və münaqişə ocaqlarında baş verənlər haqda oxucuya və beynəlxalq ictimaiyyətə dolğun, dəqiq və qərəzsiz informasiyaların hazırlanmasına və yayılmasına ehtiyac var. Azərbaycanın Ermənistan Hərbi Birləşmələri tərəfindən işğal edilən torpaqlarında son 25 il ərzində, eləcə də aprel döyüşlərində baş verənlər göstərdi ki, informasiya müharibəsində fəallığın gücləndirilməsinə və qələbəyə zərurət var. Bunun üçün də regionda və ölkədə baş verən proseslərlə bağlı, eləcə də hərbi hücümlar haqqında araşdırma-təhlillərin aparılması, mövcud vəziyyətlə bağlı hesabatların hazırlanması, eləcə də bunu müxtəlif istiqamətlərdə inkişaf etdirilməsini təmin etmək məqsədilə 20 aprel 2016 – cı il tarixində «Beynəlxalq İnformasiya və Regional Araşdırmalar» ictimai birliyi təsis edilib, 29 iyun 2016 – cı il tarixdə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyinin 27 iyul 2022-ci il tarixli qərarı ilə təşkilatın adı "Media Araşdırmaları və Monitorinq Mərkəzi"nə dəyişdirilmişdir. 23 avqusi 2022-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təşkilat yeni adı ilə dövlət qeydiyyatına alınıb.

Birliyin 27 iyul 2022-ci il tarixində keçirilən ümumi yığıncağında idarə heyəti qərara alıb ki, təşkilatın adında və nizamnaməsində dəyişiklik edilsin. Belə ki, "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" ictimai birliyinin idarə heyəti təşkilatın adında və nizamnaməsinində dəyişiklik edərək, “Media Araşdırmaları və Monitorinq Mərkəzi" ictimai birliyi adlandırılmasına qərar verib. Mərkəzin sədri Ümumi yığıncağın yekdil səsverməsiylə Zaur Qəriboğlu seçilib.

 
Bundan sonra təşkilat dünyada və Azərbaycan mediasında Azərbaycanla bağlı müxtəlif mövzuları araşdıracaq və monitorinqini təşkil edəcək. Dünyada Azərbaycana qarşı ikili standartların aradan qaldırılması istiqamətində, əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında öz töhvəsini verəcək. Yeni təşkilat nizamnamədən irəli gələrək ictimai birliyin əsas fəaliyyət istiqamətlərinə dünyada bu gün fəaliyyət göstərməkdə olan araşdırma mərkəzləri, beyin quruluşları, aparıcı media qurumları və fondlarla sıx əməkdaşlıq etmək, regionun geosiyasi maraqlarına uyğun olaraq ölkəmizin dünyada artan nüfuzunun tədqiqi ilə bağlı “dəyirmi masa”lar, elmi-praktik konfranslar, simpoziumlar, forumlar, o cümlədən, beynəlxalq miqyaslı tədbirləri təşkil etmək, dünyanın müxtəlif bölgələrində mövcud vəziyyəti analiz etmək, dünyadakı münaqişə ocaqları, regional və təhlükəsizliyi ilə bağlı tədqiqatlar aparmaq aiddir. Daha sonra nəticəni KİV vasitəsi ilə ictimaiyyətə çatdırmaq, gənc araşdırmaçılar üçün dünyanın aparıcı tədqiqat mərkəzlərinin iştirakı ilə birgə təcrübə kurslarının təşkil etmək, dövlət, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla əməkdaşlıq, jurnalistlər üçün informasiya bankının yaradılması, regionda baş verən münaqişə ocaqlarının araşdırılması, mövcud vəziyyətdən optimal çıxış yolları barəsində obyektiv, qərəzsiz təhlillərin aparılması və bu təhlillərin ictimaiyyətə çatdırılması məqsədi ilə Birlik üzvlərindən ibarət xüsusi analitik qrupun təşkil edilməsi, regionda insan hüquq və azadlıqlarının təmini yönündə araşdırmaların aparılması və müvafiq olaraq xüsusi hesabatların hazırlanmasıdır. MAMM dünyada gedən informasiya müharibəsində ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması yönündə intensiv fəaliyyətin göstərilməsi, bu yöndə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması yönündə fəaliyyət göstərir.
  •