Qərbi azərbaycanlıların qayıdış hüquqlarının təmin olunması istiqamətində onlayn görüş keçirildi
“Media Araşdırmaları və Monitorinq Mərkəzi” ictimai birliyinin Qeyri –Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Ağentliyinin maliyə dəstəyi ilə həyata keçirilən “Qərbi Azərbaycana Qayıdış Türk Dünyası müstəvisində” adlı layihə çərçivəsində növbəti görüş zoom proqramı vasitəsi ilə həyata keçirildi.
Görüşdə Qərbi Azərbaycandan didərgin düşən, hal-hazırda Türkiyədə yaşayan siyasətçilər, Mehmet Azəritürk, Seyfəddin Ayakyay, Türkiyədə yaşayan azərbaycanlı jurnalist Nigar Ögeday və başqa şəxslər qoşuldu.
Zaur Qəriboğlu görüşün pərən- pərən düşmüş Qərbi azərbaycanlıların qayıdış hüquqlarının təmin olunması istiqamətində olacağını, bunula bağlı , Mehmet Azəritürk, Seyfəddin Ayakyay, Nigar Ögedayın fikirlərini bölüşməsini rica etdi. Çıxış edən hər bir Qərbi azərbaycanlı qayıdışın labüdlüyünü vurğuladı.