Qlobal məkanda türk birliyinin rolu: Azərbaycan – Türkiyə – Özbəkistanın media əməkdaşlığı” adlı layihənin yekun təqdimatı keçirilib.
Qlobal məkanda türk birliyinin rolu: Azərbaycan – Türkiyə – Özbəkistanın media əməkdaşlığı” adlı layihənin yekun təqdimatı keçirilib.
Layihənin əsas məqsədi Azərbaycan, Türkiyə və Özbəkistan arasında media əməkdaşlığının möhkəmləndirilməsi, ortaq informasiya məkanının inkişafına töhfə verilməsi, peşəkar jurnalistlər arasında təcrübə mübadiləsinin təşviqi və türk dünyasının ortaq dəyərlərinin beynəlxalq informasiya məkanında daha geniş tanıdılması olub.
Tədbirin açılışında layihə rəhbəri Zaur Qəriboğlu çıxış edərək həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr və gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat verib. Bildirilib ki, layihə çərçivəsində media əməkdaşlığının inkişafına xidmət edən müxtəlif görüşlər, müzakirələr və maarifləndirici tədbirlər həyata keçirilib.
Daha sonra layihə çərçivəsində hazırlanmış materiallar nümayiş etdirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb və türk dövlətləri arasında media əlaqələrinin gələcək inkişaf istiqamətləri müzakirə olunub.
Qeyd ediblər ki, qlobal informasiya mühitində etibarlı informasiya mübadiləsinin təşkili, dezinformasiyaya qarşı birgə mübarizə və ortaq media platformalarının inkişafı türk dövlətləri arasında strateji əməkdaşlığın mühüm istiqamətlərindən biridir.
Tədbirin sonunda gələcək birgə layihələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub.