gununsesi-“İrəvansız 99 il” tədbiri keçirilib

gununsesi-“İrəvansız 99 il” tədbiri keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il üçün elan etdiyi I qrant müsabiqəsində “İrəvan-2018 portalının yaradılması” layihəsi ilə qalib olan “29 may Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) İctimai Birliyi 1918-ci ildə İrəvanın ermənilərə güzəştə gedilməsinə həsr edilmiş “İrəvansız 99 il” adlı tədbir keçirib.

Gununsesi.info-ya BİRA-dan verilən məlumata görə, tədbirsə birliyinin sədri Zaur Qəriboğlu tarixi faktlara əsaslanaraq qədim Azərbaycan torpağı olan İrəvanın Ermənistana güzəştə gedilməsindən danışıb: “Tarix boyu Azərbaycana qarşı torpaq iddiası edib, millətimizə qarşı müxtəlif illərdə soyqırım həyata keçirərərk, işğalçılıq siyasəti aparıblar. Ölkə başçısı cənab İlham Əliyevin “Dağlıq Qarabağ bizimdir, hətta bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulubdur. Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq” fikrinə dayanaraq, biz QHT və ictimaiyyət nümayəndələrinin də üzərinə düşən vəzifə borcudur ki, informasiya məkanında ölkəmizin haqlı mövqeyini müdafiə edək, cənab prezidentin bu istiqamətdə apardığı uğurlu siyasətə ictimaiyi dəstəyi artıraq. Bizim təşkilatın da əsas məqsədi məhz, informasiya müharibəsində Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaqdır”.

Layihə rəhbəri qeyd edib ki, “İrəvan2018” portalının əsas məqsədi bu gün Qarabağa iddia edən ermənilərin əslində, paytaxt kimi istifadə etdikləri şəhərlə yanaşı, Zəngəzur, Göyçə, Dərələyəz və s. ərazilərin Azərbaycana məxsus olduğunu göstərməkdir.
İrəvanın, ümumilikdə Qərbi Azərbaycan torpaqlarında qurulan Ermənistan haqqında tarixi bilgilərlə görüş iştirakçılarını məlumatlandıran tarixçi-araşdırmaçı Ramazan Hüseynli İrəvan şəhərinin 1918-ci ildə güzəştə gedilməsinin səbəblərini danışıb: “Əslində, o dövrdə biz İrəvan şəhərini ermənilərə güzəştə gedərkən, onlar bir daha Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etməyəcəkləri barədə söz vermişdilər. Amma görünən odur ki, bu nankor qonşularımızın tamahı çox böyük oldu. İrəvandan sonra Zəngəzur, Göyçə və digər ərazilərimiz o zamankı Sovet hakimiyyəti tərəfindən onlara verildi, ardınca da on minlərlə insanlarımızı qətlə yetirərək, soyqırım törədərək, Dağlıq Qarabağ və ətraf rayonlarımızı da işğal etməklə, bir milyondan çox insanın el-obasından məcburi köçkün düşməsinə səbəb oldular”.

“Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbasisə zaman-zaman ermənilərin Azərbaycan xalqının başına gətirdiyi soyqırım aktlarından söz açaraq, bu gün dünyada informasiya müharibəsinin gücünə diqqəti çəkərək, gənclərimizi bu savaşda aktiv olmağa, Azərbaycan dövlətinin, ordusunun, Ali Baş Komandanın yanında olmağa səsləyib: “Biz bilirik ki, cənab prezident bu gün əlindən gələn bütün variantlarla bu məsələnin sülh yolu ilə həll olunması üçün səy göstərir. Amma işğalçı, separatçı erməni hakimiyyəti illərdir ki, hər vəchlə bu danışıqları uzadaraq, məsələnin sülh yolu ilə həllində maraqlı olmadığını göstərir. Amma Aprel döyüşlərindəki ordumuzun qələbəsi, bir daha göstərdi ki, danışıqlar nəticə verməyəcəyi halda, Azərbaycanın ordusunun gücü, prezidentinin siyasi iradəsi çatır ki, hərb yolu ilə torpaqlarını işğaldan azad eləsin” -, deyə o bildirib.

irevansiz99il sekil9

Gülnaz Qənbərli

http://www.gununsesi.info/ir%C9%99vansiz-99-il-t%C9%99dbiri-kecirilib/#.WS1JeJz3mrY.facebook

31.05.2017
  •