vediinfo.az-ADU-da “İrəvan-2018” Hərəkatının təqdimat mərasimi keçirilib

vediinfo.az-ADU-da “İrəvan-2018” Hərəkatının təqdimat mərasimi keçirilib

Mayın 8-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq İnformasiya və Regional Araşdırmalar İctimai Birliyi universitetin müəllim və tələbələri ilə müzakirə xarakterli görüş keçirib.

Tələbələrə “İrəvan-2018” Hərəkatı haqqında ətraflı məlumat vermək məqsədi daşıyan görüşdə İctimai Birliyin sədri Zaur Qəriboğlu birliyin fəaliyyət istiqamətləri, eyni zamanda Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. O, 2016-cı ildə “İrəvan-2018” Hərəkatının təsis olunduğunu və informasiya məkanında düşmənə qarşı aktiv mübarizə aparıldığını da vurğulayıb. Dünya ictimaiyyətinin Qarabağın Azərbaycanın əzəli torpağı olması haqqında yetərli məlumata sahib olmadığını deyən Z.Qəriboğlu bəzi dairələrin Azərbaycana qarşı tutduğu qərəzli mövqeyin qarşısının alınması üçün informasiya müharibəsində iştirakın əhəmiyyətini diqqətə çatdırıb.

Müasir dövrdə informasiyanın gücünün ən yüksək texnologiyalarla hazırlanmış silahdan daha güclü olduğunu qeyd edən Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas isə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini söyləyib.
 

ADU-da “İrəvan-2018” Hərəkatının təqdimat mərasimi keçirilib


ADU-da “İrəvan-2018” Hərəkatının təqdimat mərasimi keçirilib
 

http://vediinfo.az/cemiyyet/630-adu-da-revan-2018-herekatinin-teqdimat-merasimi-kechirilib.html#.WRCn09Lyg_5

08.05.2017
  •