NEWS BAKU-Erməni yalanlarıyla savaş başladı - İrəvan-2018

NEWS BAKU-Erməni yalanlarıyla savaş başladı - İrəvan-2018

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il üçün elan etdiyi I qrant müsabiqəsində “İrəvan-2018 portalının yaradılması” layihəsi ilə qalib olan “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyi (BİRA) layihənin icrasına start verib.

Təşkilatın sədri Zaur Qəriboğlunun Axar.az-a verdiyi məlumata görə, BİRA-nın ötən ilin may ayında təsis etdiyi, 10-dan çox QHT-nin üzv olduğu “İrəvan-2018” Hərəkatının fəaliyyətinin davamı olaraq, www.iravan2018.com portalı yaradılacaq.

Zaur Qəriboğlu portalda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin və AMEA-nın Tarix İnstitutunun arxivlərindən istifadə etmək üçün artıq həmin qurumlara rəsmi müraciət olunduğunu bildirib:

“Bu gün dünyada silahlı müharibələrdən daha çox informasiya müharibəsi aktuallıq kəsb edir. Dövlət başçısı cənab İlham Əliyevin “Biz informasiya müharibəsində müdafiə mövqeyindən hücum mövqeyinə keçməliyik” sözlərini rəhbər tutaraq düşünürük ki, bu gün Azərbaycanda informasiya müharibəsində iştirak edən internet resurslarının sayı azlıq təşkil edir. Bizimlə müharibə aparan işğalçı Ermənistan hələ 1992-ci ildən başlayaraq, Azərbaycanın işğal edilmiş və digər ərazilərinin toponim adlarına olan domenləri alıblar. Bu gün dünyanın əsas internet axtarış sistemi olan Quqlda əgər ingilis və digər dillərdə Qarabağla və Azərbaycanla bağlı axtarış verilsə, ilkin olaraq düşmənin məlumatları üzə çıxacaq. Bu da onun göstəricisidir ki, Ermənistan-Azərbaycan münaqişəsindən məlumat almaq istəyən bir əcnəbi ilkin olaraq, ermənilərin informasiya müharibəsinə hesablanmış resursları ilə tanış olacaq. Azərbaycanda fəaliyyət göstərən çoxsaylı saytlarda Qərbi Azərbaycanın işğalı əks olunmur. Ancaq ümumi yazılar verilir. Qərbi Azərbaycanın işğalı, Qarabağın tarixi, məruz qaldığımız soyqırım və vandalizm aktları haqda bu qədər materiallarımız olmasına baxmayaraq, informasiya müharibəsində düşməndən çox geridə qalırıq. Ermənistanın və ermənilərin çoxsaylı, yalnız Qarabağın həqiqətlərini saxtalaşdıran saytı fəaliyyət göstərir. Bunun qarşısını almaq məqsədi ilə qurulacaq “İrəvan-2018” portalı bütün parametrləri ilə düşmənin saxta təbliğatına qarşı fəaliyyət göstərəcək. “İrəvan-2018” portalı tarixi Azərbaycan torpağı olan İrəvanın geri qaytarılma prosesində üzərinə düşən tarixi missiyanı həyata keçirmək üçün bütün qüvvəsini səfərbər edəcək”.

Qeyd edək ki, “İrəvan-2018” protalı vasitəsi ilə tarixi Azərbaycan torpaqları olan İrəvan və Qərbi Azərbaycanla bağlı informativ, ensiklopedik bilikləri oxuculara Azərbaycan, rus və ingilis dillərində təqdim ediləcək.

http://newsbaku.info/post/32713-ermeni-yalanlariyla-savas-basladi-irevan-2018.html

 

04.04.2017
  •