Xuzistan vilayətinin İzə şəhərində mollaların təhsil aldığı bina yandırılıb

Xuzistan vilayətinin  İzə şəhərində mollaların təhsil aldığı bina yandırılıb

Xuzistan vilayətinin  İzə şəhərində mollaların təhsil aldığı bina yandırılıb.

Bu barədə"Media Araşdırmaları və Monitorinq Mərkəzi" İran saytlarına istinadən xəbər verir ki, ərəblərin çoxluq təşkil etdiyi İzə şəhərində etiraz aksiyası keçirilib.

Yayılan xəbərlərə görə etirazçılara odlu silahlardan atəş açılıb və nəticədə bir neçə nəfər ölüb, yaralılar var.

Həmçinin etirazçılar qadın mollaların təhsil aldığı məkana da od vurublar. Mollaxananın rəisinin dediyinə görə etirazlar üçün çağırışlar fonunda yataqxanada olan tələbələr çıxarıldığı üçün ölən və yaralananlar olmayıb.

Lakin təhsil mərkəzinə böyük ziyanlar dəyib. Bundan başqa iki maşın da yanıb.

Xuzistan vilayətinin İzə şəhərində mollaların təhsil aldığı bina yandırılıb.

17.11.2022
  •