İranın saxta millət vəkillərindən "ağıl dərsi"
İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündəki məlum çıxışı böyük rezonansa səbəb olub. Ölkə başçısının Güney Azərbaycanla bağlı verdiyi mesajlar İrandakı şovinist qüvvələri riqqətə gətirib. Çıxışın zərbəsi o qədər güclü olub ki, İran tərəfi dərhal anti Azərbaycançı gücləri işə salmaq qərarına gəlib. Azərbaycana, onun prezidentinə qarşı yalan-yalnış iddialar səsləndirməyə başlayıblar. Bunların sırasında İranın millət vəkilləri də yer alıb.
İran parlamentində Təbriz şəhərini təmsil edən millət vəkili Seyid Məhəmməd Rza Mir Tacəddini, Ərdəbil şəhərindən məclisə yol tapmış digər bir millət vəkili Əli Nikzad, Şazənd millət vəkili Əhmədi Biqəş kimi hansı yollarla məclisə ayaq açdığı bilinməyən “millət vəkilləri” başlarından böyük danışmaqla Azərbaycanı ,onun Prezidentini hədəf alıb, təhqiramiz ifadələr səsləndiriblər.
Bəs bu gün Azərbaycana və onun prezidentinə qarşı ədəbsizcəsinə münasibət bildirən bu millət vəkilləri İranın milli məclisinə necə daxil olub? Azərbaycan əleyhinə danışan bu millət vəkillərinin səs vermə hüququ olanların seçildikləri dailərərin neçə faizini təşkil edir? “Media Araşdırmaları və Monitorinq Mərkəzi” olaraq kiçik bir araşdırma apardıq. Bu kimi millət vəkilləri necə olur ki, İrandakı azərbaycanlılar adından danışmağa haqq qazanıb? Buyurun, nəticə göz önündədir.
Cədvəlin sonuncu sütununa baxanda görürük ki, Mir Tacəddini öz dairəsinin seçicilərinin 10%, Ərdəbildən olan Nikzad 29% , Bigeş isə cəmi 19% səsini toplayıb. Təbriz kimi böyük şəhərdə 3 milyondan çox səsvermə hüququ olan bir ərazidən bu qədər az səs toplamaqla, necə millət vəkili olmaq olar?! Olduqca düşündürücüdür.
Rəsmi sənədlər əsasında aparılan araşdırmadan da aydın olur ki, fars-şovinist, molla rejiminin nökərliyini edən bu şəxslər böyük saxtakarlıqlarla seçiliblər. Bu gün də İran onlardan maşa kimi istifadə edir, Azərbaycan dövlətinin üstünə qısqırdır. Seçildikləri gündən bir dəfə də olsun güneydə yaşayan soydaşlarımızın problemləri ilə maraqlanmayan, həbs olunan, döyülən, söyülən, edam olunan insanlarımızı görməzdən gələn millət vəkilləri bu gün o insanların adından danışa bilməzlər.