BMT sənədi rədd etdi. Xanım Pelosi İrəvana niyə gəlir?
ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri Azərbaycanda birmənalı qarşılanmadı. Ekspertlər hesab edir ki, Pelosinin səfəri Bakıdan çox Moskvaya mesajdır:
Pelosinin erməni lobbisi ilə əlaqələri məlum faktdır, gəlib Azərbaycan əleyhinə açıqlamalar verəcək. Nensi Pelosinin İrəvana səfəri bizdən çox Kremli düşündürəcək. Vaşinqton Ermənistanı Rusiyanın caynağından qurtarmaq üçün var gücüylə çalışır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bir müddət əvvəl İrəvana sirli səfəri də bununla əlaqəli idi. Kremlin düşmənlərindən sayılan Pelosi İrəvana səfəri ilə Paşinyana ayı xidməti göstərəcək
Siyasi şərhçi Turab Rzayev də hesab edir ki, Pelosinin səfəri erməniləri Rusiyadan ayırıb qərbə yönəltməyə xidmət edir.