"Azərbaycan çoxlarının kürkünə birə salır" - Elçin Alıoğlu ilə MÜZAKİRƏ

"Azərbaycan çoxlarının kürkünə birə salır" -  Elçin Alıoğlu ilə  MÜZAKİRƏ

Azərbaycan Respublikasının Qeyri - Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Ağentliyinin maliyə dəstəyi ilə Media Araşdırmaları və Monitorinq Mərkəzinin “Azərbaycana qarşı qərəzli və ikili yanaşmaların qarşısının alınması istiqamətində təşəbbüslər” adlı layihəsi çərçivəsində Reaksiya TV-də növbəti veriliş efirə gedib. Verilişdə Azərbaycan qarşı ikili siyasət və Qərbi Azərbaycanlıların hüquqlarının tanınması istiqamətində müzakirələr aparılıb.

 Bu gün dünyaya demokratiya, insan haqlarından dərs deyən böyük güclər Azərbaycana gələndə fərqli mövqe sərgiləyirlər. Əslində insan haqların təmin olunmasına çalışmalı olduqları halda Azərbaycanın başını qatmaqla məşğul olurlar. Əgər insan haqlarından söhbət gedirsə, bir milyon insanımız Qərbi Azərbaycandan deportasiyaya məruz qalıb, hüquqları tapdalanıb. Niyə onların haqları təmin olunmur? Azərbaycana gələndə demokratiyadan danışan Qərb niyə ikili siyasət yürüdür?

““Qızıl milyardlar” ölkəsi, kollektiv Qərb heç vaxt istəmir ki, bir müsəlman ölkəsi inkişaf etsin”.  Bu fikirləri verilişin qonağı olan siyasi ekspert Elçin Alıoğlu bildirib. O qeyd edib ki,”istənilən müsəlman ölkəsi infişaf edəndə öz hüquqlarını tələb edir.  Türkiyə kimi, Malaziya kimi. Türklərin güclənməsi  isə böyük güclərin maraqlarına uyğun deyil.  Nə Rusiyanın, nə İran, nə də Avropa ölkələrinin...

Geosiyasi baxımdan əlverişli yerdə yerləşən Azərbaycan hər zaman təzyiqlərlə üzləşib, istismara məruz qalıb. Qonşuları tərəfindən ərazi iddiası ilə sınağa çəkilib. Belə olan halda bu gün güclü bir Azərbaycanın ortaya çıxması çoxlarının kürkünə birə salıb. Fransa kimi ölkələr Ermənistana yardım etmək, onların maraqlarına cavab verməklə əsində Cənubi Qafqazda geosiyası təsir imkanlarına yiyələnmək istəyir, İranla birbaşa sərhəddinin olmasına çalışır. Bu səbəbdən də Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır- deyə ekspert vurğulayıb.

Verilişin tam hissəsini aşağıdakı linkdən izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=Dw0NeJbWaJ8

 

29.08.2023
  •