Açıq mövqe ortalığa qoymalıyıq - Partiya sədrindən təklif

Açıq mövqe ortalığa qoymalıyıq - Partiya sədrindən təklif
Biz illərdi ki, ikili standartların şahidiyik. Bu gün Qarabağda yaşayan 10 min erməninin taleyini düşünənlər, illərdi öz torpaqlarından deportasiya edilən bir milyona yaxın Qərbi Azərbaycanlıların taleyinə niyə biganə yanaşır? Azərbaycan illərdi öz torpağından, evindən məhrum olan bu insanların problemlərini həmin böyük güclərə necə çatdırmalıdır?  Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Ağentliyinin maliyə dəstəyi ilə Media Araşdırmaları və Monitorinq Mərkəzinin “Azərbaycana qarşı qərəzli və ikili yanaşmaların qarşısının alınması istiqamətində təşəbbüslər” adlı layihəsi çərçivəsində  çəkilən budəfəki verilişdə müzakirə mövzusu bu olub. 
 
Qərbi Azərbaycandan olan  "Böyük Azərbaycan" partiyasının sədri Elşad Musayev  bildirib ki,  Qərbi Azərbaycanlıların öz də də torpaqlarına qayıtması, əmlaklarına  sahib olmaları üçün  biz Qarabağ məsələsi ilə yanaşı  bu problemi də gündəmə gətirməliydik. Bildiyiniz kimi,  azərbaycanlılar rəsmi şəkildə 4 dəfə öz torpaqlarından  deportası olunub. Ermənistan  bunu illərdi gizlətməyə çalışır, arxalarında duran güclər də  onlara dəstək olurlar.
 
 Prezident İlham Əliyevin  bu məsələni gündəmə gətirməsi ilə Qərbi Azərbaycanlıların problemlərinin dünya ictimaiyyətinə  çatdırılması ilə yanaşı təşkilatlanma işlərinə də təkan verdi. Paralel olaraq bu məsələ beynəlxalq müstəvidə masaya yatırıldı.  Bu çox ciddi məsələdir. 
 
 Biz torpaqlarımızı başqalarına peşkəş edə bilmərik.  İrəvan da, Dərələyəz də, Zəngəzur da, Zəngibasar da, Göyçə də  Bütöv Azərbaycanın bir hissəsidir ki, əlimizdən alınıb. 
 Siyasi təşkilatlar o torpaqların qaytarılması, didərgin salınan insanların hüquqlarının bərpası üçün açıq mövqe ortalığa qoymalıdır.  Bu torpaqlar bizdən zorla alınıb və qaytarılmalıdır. Qaytarılacaq da!!!

 

 
 

 

02.08.2023
  •