Azərbaycana qarşı çirkin koalisiya. Nələr baş verir? - Tərlan Əhmədovla SİYASİ REAKSİYA
Azərbaycan illərdir düşmənlərlə bütün cəbhələrdə mübarizə aparır. Azərbaycan ordusunun rəşadəti nəticəsində Qarabağın vacib bir hissəsi erməni və rus ordu birləşmələrinin işğalından azad edilib. Lakin Azərbaycanın haqq işinin dünya informasiya məkanında yetərincə işıqlandırılmaması bir fakt olaraq mübarizəmizə əngəl yaradır.
Bu mübarizədə “Media Araşdırmaları və Monitorinq Mərkəzi”də Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılmasını qarşısına məqsəd qoyub. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Post- münaqişə dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq platformalarda yayılması” adlı layihə çərçivəsində Reaksiya TV-nin efirindən dünyaya səslənir.
ABŞ-ın Maine ştatının Azərbaycan cəmiyyətinin rəhbəri Tərlan Əhmədovla müzakirə də bu baxımdan olduqca maraqlı.