"İrəvansız 100 il" mövzusunda tədbirlərin təşkili sosial şəbəklərdə informasiya müharibəsinin gücləndirilməsinə dəstək
Layihədə 29 may 1918-ci ildə İrəvanın ermənilərə güzəştə gedilməsinin 100 illiyini cəmiyyətdə gündəmə getirmək, bu simvolik ad altında Azərbaycanın ali, orta ixtisas məktəblərinin tələbələri, həmçinin Azərbaycan Respublikasında hərbi xidmət keçən hərbi qulluqçular arasında maarifləndirici tədbirlər keçirmək vasitəsilə bu gün dünyada odlu silahdan da təhlükəli və effektiv olan informasiya müharibəsinin ərazi bütövlüyünün 20 % təcavüzkar Ermənistan tərəfindən işğal olunan Azərbaycan üçün vacibliyini çatdırmaq, sosial şəbəkələrdə informasiya müharibəsinə yönəlmiş prosesslərdə gənclərin aktiv olmasına çalışmaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İnformasiya müharibəsində müdafiə mövqeyindən hücum mövqeyinə keçməliyik” sözlərini rəhbər tutaraq, sadalananları həyata keçirmək üçün əsas istiqamət xəttimiz Azərbaycan dövlətinin siyasi kursuna uyğun fəaliyyət göstərməkdir. Lakin bu gün gənclərimizin əksəriyyəti Azərbaycanın qalibiyyəti üçün “informasiya müharibəsi”ndə iştirak etmək istəmirlər. Gənclər daha çox internet məkanındakı müxtəlif səviyyəsiz oyunlara meyillidirlər. Gənclər infirmasiya müharibəsi haqqında az məlumatlıdır, yaxud da yanlış məlumatlıdır. Ermənistan 100 il öncə informasiya müharibəsinə başladığı üçün bu gün dünyada bizdən çox öndədir. Eyni zamanda istər internet məkanında, istərsə də real həyatda düşmənin informasiya müharibəsində sistemli fəaliyyəti bizim üçün daha yüz illər sonranın məğlubiyyətini hazırlayır. əslində 3 əsrlik bir müharibənin acı nəticələri ilə üz üzə qalan bizlərin əlində olan canlı resurslar və ya arxiv materialları Ermənistanın əlində olsaydı, bütün dünyanı ayağa qaldırmağıda bacarardılar. Bu üzdən də indidən bütün təbəqələrdə gənclər arasında informasiya müharibəsi sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsi önəmlidir.
Təşkilatımızın əsas fəaliyyət istiqaməti məhz informasiya müharibəsi olduğu üçün bu problemin bizim üçün müəyyən olunması elə də çətin sayıla bilməz. Gündəlik monitorinqlərimiz göstərir ki, bu gün Azərbaycan gəncliyinin bir çox hissəsi bu sahə haqqında məlumatsızdır. Gəcnliyin demək olar ki, 90 % - i sosial mediadan istifadə edir. Lakin müşahidələrimiz göstərir ki, bu gənclərin əksəriyyəti milli məsələlərin, Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal olmaqda maraqlı deyil. Xüsusilə son vaxtlar ordu sıralarında baş verən neqativ hallar da məhz, hərbi xidmətə cəlb edilmiş əsgər və zabitlərin çoxunun informasiya müharibəsi haqqında məlumatsız olduğunu göstərir. Təhsil ocaqlarında infirmatika dərskləri çox aşağı səviyyədə tədris edilir. İnfiramsiya tədrisi üçün materiallar demək olarki yox səviyyəsindədir... Elə buna görə də gənclərin informasiya müharibəsi və mübadiləsi haqda məlumat bazası bəsitdir. Sosial şəbəkə də bir informasiya makanı olduğu üçün biz orada da gənclərin çox bəsit mövqeyli yazıları və mühakiməsiz yazıları ilə rastlaşırıq. Qərbi Azərbaycanla bağlı müzakirələrdə çox az sayda gənc iştirak edir bu isə yaxşı nəticə deyil.
2018 – ci il Azərbaycan tarixində mühüm illərdən biri hesab edilir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasıyla birgə bir çox dövlət qurumlarının da 100 illik yubiley bayramlarıdır. Amma bu bayramlarla yanaşı bu gün Azərbaycan torpaqlarının 20 % - ni işğal altında saxlayaraq, torpaqlarımıza ərazi iddiası edən Ermənistanın bir dövlət olaraq da, var olma səbəbinin məhz, yenə, Azərbaycan torpağı olan Qərbi Azərbaycanın onlara güzəştə gedilməsinin 100 ili 29 may tarixində tamam olacaq. Lakin zamanında ərazisi 9 min kv metr olan Ermənistanın bu gün isə ərazisi 30 min kv metrdən çoxdur. Sovet hakimiyyəti illərində Qars müqaviləsinin bütün müddüaları pozularaq, Azərbaycan əraziləri ermənilərə bağışlanıb. Bu gün Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdərək, torpaqlarımızı işğal altında saxlayan Ermənistanın paytaxt kimi istifadə etdiyi İrəvan şəhərı belə tarixi Azərbaycan torpağıdır. Düşünürük ki, bu maarifləndirmə tədbirləri ilk olaraq, özümüzdən, öz gəncliyimizdən, öz cəmiyyətimizdən başlamalıdır ki, internet məkanında və dünyanın bir çox beynəlxalq təşkilatlarında da düşmənə qarşı əsaslı mübarizə apara bilək. Hazırda internet məkanında sosial şəbəkələrdə geniş fəaliyyət göstərə bilən qruplar yaradaraq daha çox insanın informasiya müharibəsinə qoşulmasını təmin etmək çox əhəmiyyətlidir. Layihənin icrasında biz belə qrupların yaradılmasına çalışacağıq.
Bu gün Azərbaycan müharibə şəraitində yaşayır. 2014 – cü ilin Avqust hadisələri, ardınca 2016 – cı ilin şanlı Aprel döyüşləri informasiya müharibəsində fəaliyyətin qələbənin 50 % ni təmin etdiyini əyani göstərdi. Bu gün də, ölkəmizin güclü ordusu və ərazi bütövlüyünün təmin olunması istiqamətində apardığı ciddi dövlət siyasəti var. Bütün bu işlərin daha effektiv və tez həllini tapması üçün paralel olaraq, informasiya müharibəsində də irəliləməsi vacibdir. Bunun üçün də vətəndaşlarımızın, xüsusilə gənclərin və hərbi qulluqçuların informasiya müharibəsinin mahiyyəti haqqında məlumatlı olması önəm kəsb edir. Azərbayca ordusunun ərazilərimizi azad etməsi üçün biz dünyada münbit mühit formalaşdırmalıyıq.
Azərbaycan ərazisində hərbi hissələrdə hərbi qulluqçularla, ali və orta ixtisas məktəblərində tələbələrlə və şagirdlərlə layihənin icrası məqsədi ilə görüşlər keçirmək, maarifləndirmə işlərini davam etdirmək dünyanın harasında yaşamağından asılı olmayaraq, Azərbaycan gənclərinin Qərbi Azərbaycan tarixi həqiqətlərinin bilmələrinə, təbliğ etmələrinə çalışacağıq. Bizim tariximizi bizim olanın dəyərini və həqiqətmizi bilmək gələcəyimiz üçün çox əhəmiyyətlidir.
Layihədən müxtəlif yaş qrupunda olan təxmini, ümumilikdə 800-1000 insan faydalanacaq. Bu qrupa hərbi qulluqçular, tələbələr, şagirdlər daxildir.
Dövrümüzdə internetin gücü olduqca əhəmiyyətlidir. Müxtəlif yaş qrupunda olan insanlar arasında demək olar ki, hər kəs internetdən istifadə edir. Bu üzdən də milli maraqlarımızın internet üzərindən də müdafiə edilməsi istiqamətində yuxarıda göstərilən yaş qrupu ilə işləməyi vacib hesab edirik. Hərbi qulluqçularla işləməyə gəldikdə isə hərbi xidmət zamanı xüsusilə əsgərin informasiya müharibəsindən əldə olunan məlumatlarla təmin edilməsi çox vacibdir.
Ölkənin ən böyük şəhərləri olan Bakı şəhərlərində əhalinin daha çox məlumatlandırılması daha əhəmiyyətlidir. Gəncə şəhərinin isə 1918 – ci il hadisələri ilə daha bağlı olduğu üçün eyni tədbirlərin Gəncə ictimaiyyəti üçün də keçirilməsini önəmli hesab edirik. Füzuli, Ağdam və Bərdə rayonları işğal edilmiş ərazilərimizin bir hissəsidir. Həmin ərazilərdə yaşayan insanlarımızın daha məlumatlı olması önəm daşıyır.
2017-ci ildə Şuranın maliyyə dəstəyi ilə icra edilmiş layihəmizin maliyyəsi ilə informasiya müharibəsinin həyata keçirilməsi məqsədi ilə yaradılmış, 3 dildə fəaliyyət göstərən iravan2018.com Portalının və təşkilatın 5 dildə fəaliyyət göstərən Karabakh.Today elektron jurnalının təkmilləşdirilməsi nəzərədə tutulur; Milli Arxiv İdarəsi, Dövlət Təhlükəsizlik Xidməti və AMEA-nın Tarix İnstitutu ilə rəsmi yazışmalar aparılacaq əldə olunan sənədlər, eyni zamanda yeni araşdırma yazılar layihə müddətində və bitdikdən sonra da tərcümə edilərək saytlarda yerləşdiriləcək, eyni zamanda saytların illik domen və hostinqi yenilənəcək.
Sayta yeni tarixi materiallar, gənclərin bu günkü düşüncəsini əks etdirən araşdırma xarakterli yazılar saytda yeləşdirilməklə, Qərbi Azərbaycanla bağlı müakirə xarakterli sisilə yazılar yerləşdirilərək Ermənistanın hal-hazırda yerləşdiyi coğrafiyada yeni məskunlaşdığını dünya ictimaiyyətinə çatdırmağa çalışacağıq. Eyni zamanda, yeni materiallar hazırlanaraq, tərcümə olunub, sayta yerləşdiriləcək.
Rəsmi yazışmalar sayəsində razılaşdırılmış təhsil ocaqlarında, tələbə və şagirdlərlə, hərbi hissələrdə hərbi qulluqçularla, eyni zamanda ictimaiyyət nümayəndələri ilə, nəzərdə tutulan görüşlərin keçirilməsi, informasiya müharibəsində cəmiyyətin rolu mövzusunda maarifləndirmə işlərinin aparılması, hər bir vətəndaşın informasiya müharibəsində iştirak edə bilməsinin mümkünlüyünün açıqlanması həyata keçiriləcəkdir. Eyni zamanda gənclərlə görüşlər təşkil olunacaq, onlarla “informasiya müharibəsində Azərbaycanın haqlı mövqeyini necə çatdıra bilərik” mövzusu ətrafında söhbətlər aparılacaq.
Nəzərdə tutulan tədbirlər Bakı, Gəncə şəhərləri, Füzuli, Ağdam və Bərdə rayolarında keçirləcəkdir.
Bizim yaratdığımız portal layihəmizin davamlılıq faktorunun önəmli göstəricisidir. Əlavə olaraq, Qərbi Azərbaycan tarixinin gəncliyə öyrədilməsi, ictimaiyyətə çatdırılması uzun zaman insanların yaddaşında qalacaq. Əsas hədəfimiz gənclik olduğu üçün layihənin qarşıya qoyduğu problemin həlli nəticəsində paylanan buklet və video materiallar uzun müddətli təbliğat vasitələridir.