Google-nin "Google MAP" əlavəsində Azərbaycanın toponim adlarının erməniləşdirilməsinə qarşı petisiya

Google-nin "Google MAP" əlavəsində Azərbaycanın toponim adlarının erməniləşdirilməsinə qarşı petisiya

"Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" ictimai birliyi 05.05.2016 - cı ildə dünyanın məşhur petisiya saytı olan change.org saytında Quql (Google) axtarış sisteminin Quql Map (Google Map) əlavəsində Azərbaycan ərazi vahidlərinin erməni adları ilə təqdim olunmasına etiraz etmək məqsədi ilə imzatoplama kampaniyasına başlayıb.

Kampaniyanın azərbaycanlı təşəbbüskarları Google şirkətinin Google Map əlavəsində Azərbaycanın Ermənistanın silahlı təcavüzü nəticəsində işğal olunmuş ərazilərində yerləşən coğrafi adların erməni toponimləri ilə dəyişdirilməsi hallarının şahidi olduqlarını bildiriblər (Ağdam şəhəri - Akna; Akn; Hakaku; Xocalı şəhəri – İvanyan, Aigestan; Qubadlı şəhəri - Sanasar; Laçın şəhəri - Berdzor; Cəbrayıl şəhəri – Jrakan və s.).

Aparılan araşdırmalar zamanı məlum olub ki, ermənilər tərəfindən məkrli şəkildə adları dəyişdirilən, hazırda Azərbaycanın işğal olunmamış bəzi əraziləri də Quql Map xəritəsində axtarış zamanı məhz qondarma adla çıxır (Partav-Bərdə, Zod aşırımı – Sotskiy Pereval, Qaradağlı - Varanda).

Kampaniyanı keçirən təşkilatımız Google şirkətindən Ermənistan tərəfindən işğal olunan tarixi Azərbaycan ərazilərinin adlarının təhrifini aradan qaldırmasını xahiş edir.

BİRA Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında hər kəsi bu kampaniyada aktiv olmağa dəvət edib, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu petisiyaya dəstək versə də, istənilən nəticə əldə olunmayıb, şirkət yalnışını aradan qaldırmayıb.

09.05.2017
  •