Zaur Qəriboğlu Niderlandda türk mediasıyla görüşdü
"Media Araşdırmaları və Monitorinq Mərkəzi" ictimai birliyinin rəhbəri Zaur Qəriboğlu Niderlanda səfərdə olub.
Səfərin məqsədi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün Avropada, xüsusilə Niderlandda fəaliyyət göstərən yerli media ilə qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində addımlar atılmasından ibarət olub. Bu məqsədlə "Benilüks Azərbaycanlıları Konqresi"ndə Niderland Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Cəmiyyətinin iştirakı ilə Niderlandda fəaliyyət göstərən türk mediası ilə görüş keçirilib.
Görüşdə iştirak edən Manşet qəzetinin yazarı Mehmetali Topçu, Sabah qəzetinin Niderlanddakı təmsilçisi Yalçın Çakır, Doğuş qəzetinin əməkdaşı Zeynal Abidin Kılıç, "Güncel Haber"in əməkdaşı Mahmud Eröztürk və Platform dərgisinin əməkdaşı Deniz Erkoçu ilə ekofəallar, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə Laçın-Xankəndi yolunda davam edən etiraz aksiyasından danışılaraq, Ermənistan tərəfindən 30 ildir Azərbaycan yeraltı və yerüstü sərvətlərinin talan edilməsi haqqında məlumat verilib və onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.