Sədr
Zaur Qəriboğlu
(Qəriboğlu Zaur Qərib oğlu)
1 Fevral 1989 - cu ildə Bakı şəhərində anadan olub. Əslən Cənubi Azərbaycanın Ərdəbil şəhərindəndir. Bədii yaradıcılığa erkən yaşlarından başlayan Zaur Qəriboğlu beş – “Lal məhəbbət” (2006), “Kamilliyə doğru ikinci addım” (2008)“Aldadılmış ər” (2010), "Səni yaradanı sevirəm" (2011), "Qaragünün Ağgün vəkili" (2011) kitablarının müəllifidir. Bununla yanaşı bir neçə qəzet və jurnallarda bədii, publisistik yazıları ilə oxucularla tez-tez görüşən yazar, müxtəlif kütləvi informasiya vasitələrində - müxbir, redaktor, bədii redaktor, baş redaktor vəzifələrində çalışmışdır.
2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2011-ci ilin Prezident mükafatçısıdır.
2005 - ci ildən Azərbaycan mətbuatında sosial, ədəbi-bədii yazıları ilə çıxış edir. 2010-2012 - ci illərdə "YazarKlub.org" gənc e-dərginin baş redaktoru, 2011-2015-ci illərdə Azərbaycanda ilk dəfə Qarabağla bağlı elektron jurnal olan "KarabakhİNFO.com"-un baş redaktoru olub. 2015-ci ildən "Reaksiya Media Group"un təsisçi və baş direktoru, eyni zamanda "Reaksiya.az" İnformasiya Portalının baş direktorudur. 2016 - cı ilin fevral ayının 1-dən isə 5 dildə (Azərbaycan, ingilis, rus, türk, ispan) fəaliyyətə başlayan "Karabakh Today" (www.karabakh.today) Beynəlxalq Analitik İnformasiya Portalının təsisçi və baş direktorudur. 20 aprel 2016 -cı ildə tarixdə Azərbaycanda informasiya müharibəsində ixtisaslaşmış olan "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" ictimai birliyinin təsisçilərindən biri olub, Birliyin Ümumi yığıncağında sədr seçilmişdir. 1 iyul 2018-ci il tarixdə “Reaksiya Media Group”un tərkibində Youtube platformasında fəaliyyət göstərən "Reaksiya TV" kanalını təsis etmiş, hazırda da televiziyaya rəhbərlik edir. Heç bir siyasi partiyanın üzvü deyil.