Mükafatlar

"Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" ictimai birliyi aşağıda göstərilən mükafatları aidiyyatı üzrə şəxslərə təqdim edir:

1.   Fətəli Xan Xoyski Ali Mükafatı” – Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xidmətlərinə görə fərqlənən şəxslər təltif edilir. Təltif etmə ildə 2 dəfədən çox olmayaraq həyata keçirilir.

2.    “Əhməd bəy Ağaoğlu Ali Media Mükafatı” – Azərbaycan mətbuatının inkişafında xidmətlərinə görə fərqlənən şəxslər təltif edilir. Təltif etmə ildə 2 dəfədən çox olmayaraq, həyata keçirilir.

3.    “İnformasiya Müharibəsində fəaliyyətinə görə Debüt Diplom”u – İnformasiya müharibəsində Azərbaycan həqiqətlərinin yayılmasında yeni xidmət edən şəxslər təltif edilir. Təltif etmə rübdə 4 dəfədən çox olmayaraq, həyata keçirilir.

4.  “Sosial mediada Azərbaycan həqiqətlərini təbliğ etdiyinə görə Fəxri Fərman” – Sosial media hesablarında Azərbaycanın haqq səsinin bir neçə dillərdə yayımını həyata keçirən istifadəçilər təltif edilir. Təltif etmə rübdə 8 dəfədən çox olmayaraq, həyata keçirilir.

5.  “Vətənə sədaqət” Diplomu - Xüsusilə hərbi qulluqçuların, orduya xidmət edən mülkü şəxslərin təltif olunması üçün təsis olunub. 

6. "Hippokrat andı" Diplomu - Vətəndaşlara təmənnasız, vicdanlı xidmət edən səhiyyə işçiləri təşkilatın idarə heyətinin qərarı ilə təltif olunur.

7. "Xudadat Bəy Rəfibəyli" Ali Mükafatı - Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə təşkilatın idarə heyətinin qərarı ilə təltif olunur.

 

Mükafatlar üçün özünüz ya tanıdığınız şəxs üçün müraciət etmək üçün aidiyyatı məlumatları və sənədləri [email protected] e-mail ünvanına müraciət edə bilərsiniz. Qeyd etməliyik ki, mükafatlar təqdimata əsasən BİRA idarə heyətinin qərarı və sədrin əmri ilə təqdim edilir. 

  •