Nizamnamə
“Media Araşdırmaları və Monitorinq Mərkəzi” ictimai birliyinin
NİZAMNAMƏSİ
BAKI – 2022
1. ÜMUMİ MÜDDƏALAR
1.1. “Media Araşdırmaları və Monitorinq Mərkəzi” ictimai birliyi (bundan sonra - Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi pirinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökümət təşkilatıdır və fəaliyyəti daimi əsaslarla Azərbaycan Respublikasının bütün rayonlarını əhatə edir.
1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, «Qeyri hökumət təşkilatları, ictimai birlik və fondlar haqqında » Azərbaycan Respublikasının qanunu, digər normativ hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.
1.3. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır. Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikası banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.
1.4. Birliyin yerləşdiyi ünvan: Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küç. ev 25 mən 50.
II. BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
2.1 Birliyin əsas məqsədi dünya və Azərbaycan mediasında Azərbaycanla bağlı müxtəlif mövzularda araşdırmaların və monitorinqlərin aparılmasından ibarətdir.
2.2. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
Dünyada Azərbaycana qarşı ikili standarların aradan qaldırılmasına kömək məqsədi ilə əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına kömək etmək, dünya mediasında Azərbaycana aid əhəmiyyət kəsb edən məsələlərlə bağlı araşdırmaların aparılmasına dəstək vermək;
Müvafiq sahədə maarifləndirmə işini təşkil etmək;
2.3. Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:
· Elmi araşdırmalar aparır, gənclər üçün müxtəlif kurslar, seminarlar, dəyirmi masalar, görüşlər, sərgilər təşkil edir
Ölkə daxilində və xarici dövlətlərdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, regionlar və beynəlxalq qurumlarla əlaqələr qurur və birgə layihələr həyata keçirir
Birlik məqsədləri və fəaliyyətləri barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir.
Azərbaycan Respublikasının aidiyyəti dövlətə,bələdiyyə orqanları,və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir;
2.4. Birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reystrinin aparılmasını təmin edir;
2.5. Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkisində iştirak edə bilməz.
III. BİRLİYİN HÜQUQLARI
3.1 .Birlik aşağıdakı hüquqlara malikdir:
· öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək;
· fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;
· Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək;
· banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;
· müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;
· qanunvericilikdə qanunla qadağan olunmayan və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
· Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.
IV .BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ
4.1.Birliyin mülkiyyətinə binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericilikdə qadağan olunmamış növlərdə əmlak ola bilər.
4.2.Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özününküləşdirilə bilər.
4.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:
· təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;
· idarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələr.
· səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dvidentlər, gəlirlər;
· öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər:
· qrantlar;
· sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər.
· təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər.
· qanunvericilikdə qadağan olunmamış digər mədaxillər.
4.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində hüquqlara malik deyil.
4.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təminatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarına malikdir.
4.6. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.
4.7. Birlik siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.
4.8. Birlik qanunvericilikdə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesablar tətbiq edir və dövlət orqanlarına təqdim edir.
V. BİRLİYİN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ,
ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
5.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış şəxslər ola bilər.
5.2. Təsisçilər təşkilatın idarə olunmasında bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə nəzərdə
tutulan qaydada, eləcədə təsisçilər arasında bağlanmış müqavilə eyni zamanda bu Nizamnamə ilə müəyyən edilir.
5.3. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunur.
5.4. Birliyə üzvlərin qəbulu Birliyin İdarə heyəti tərəfindən aparılır.
5.5. Birliyə daxil olmaq üçün idarə heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində idarə heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.
5.6. Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:
· bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
· Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanlarına seçmək və ya həmin orqanlarda təmsil olunmaq;
· Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
· Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq;
· öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;
· onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazmı bildirmək və şikayət etmək.
5.7. Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya adından bəyənatla çıxış edə bilər.
5.8. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar.
· Birliyin Nizamnaməsinə əməl etmək;
· Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək:
· Nizamnamə tələblərinə riayət etmək:
· Birliyin tədbirlərində iştirak etmək
5.9. Birliyə üzvlük haqqının miqdarı Birliyin idarə heyəti tərəfindən müəyyən edilir.
5.10.Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:
· Könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;
· Birliyin üzvlüyündən çıxarıldıqda;
5.11. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:
· Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;
· mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
· Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.
5.12. Üzvlükdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər.
5.13. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüquqi vardır.
VI. BİRLİYİN TƏŞKİLATİ STRUKTURU VƏ
İDARƏETMƏ ORQANLARI
6.1. Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan ümumi yığıncaqdır.
6.2. Ümumi yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.
6.3. Birliyin təsisçilərinə və üzvlərinə yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir.
6.4. Ümumi yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir:
· Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;
· Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;
· Birliyin icra və nəzarət orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
· illik hesabatın təsdiq edilməsi;
· başqa təşkilatlarda iştirak;
· Birliyin yenidən təşkili və ləğv edilməsi;
· Birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi.
6.5. Ümumi yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.
6.6 Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi və təşkilatın yenidən təşkili və ləğvi barədə qərarın qəbulu üçün 2/3 səs çoxluğu tələb olunur.
6.7. Birliyin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir.
6.8. İcra orqanı Birliyin sədrindən, I müavindən,müavinlərindən və digər şəxslərdən ibarət olan idarə heyətidir.
6.9. İdarə heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:
· Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir.
təkliflər və layihələr irəli sürür;
· Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır.
· Birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məslələri həll edir.
6.10. İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
6.11. Sədr, I müavin, müavinlər və digər üzvləri birliyin ümumi yığıncağı tərəfindən 2 (iki) il müddətində seçilir.
6.12.Sədr:
· Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, ümumi yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir;
· Ümumi yığıncaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.
6.13. Birliyin Nəzarət-təftiş komissiyası Birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin nizamnaməyə uyğun olması, habelə, Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. NTK. Üzvlərinin sayı Ümumi yığıncaq tərəfindən müəyyən edilir. NTK -nın səlahiyyətli müddəti 2 (iki) ildir.
6.14. NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətində baxıb cavab verməlidir.
6.15. Dövlət qeydiyyatına alınmış Birlik Azərbaycan Respublikasının ərazisində filiallarını yarada, nümayəndəliklərini aça bilər. Birlik on gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə filial və (və ya) nümayəndəliyinin yaradılması haqqında məlumat verməlidir.
VII. BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ
7.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
7.2. Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.
VIII. DİGƏR ŞƏRTLƏR
8.1 Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.
8.2. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericilikdə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.
8.3. Birliyin maliyyə ili qeydiyyata alındığı vaxtdan başlayır və həmin ilin 31 dekabrında başa çatır. Növbəti maliyyə ili isə 1 yanvarın əvvəlindən başlanır və dekabrın 31 -dək olan dövrü əhatə edir.